Bakıda stadionu doldurmaq üçün dörd variantı nəzərdən keçirir - UEFA

27 Yanvar 2021 23:00 Azarkeş 810
Bakıda stadionu doldurmaq üçün dörd variantı nəzərdən keçirir - UEFA

UEFA əvvəlki kimi 2020-ci il Avropa çempionatını 12 stadionda keçirməyi hədəfləyir.

Sportinfo.az xəbər verir ki, bb barədə “The Independent” məlumat yayıb.

Nəşrə danışan mənbə bildirir ki, UEFA turniri keçirməyə hazır olduğunu bildirən 12 təşkilatçı-şəhərlə əlaqə saxlayır.

Futbol qurumu hazırda stadionları doldurmaq üçün dörd əsas variantı nəzərdən keçirir: tam şəkildə, 75 faiz, 50 faiz və ya 25 faiz tamaşaçının iştirakı.

koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"