Vətən uğrunda həlak olanlardan 5-i “Qəbələ”nin fanatı olub

4 Yanvar 2021 18:00 Azarkeş 702
Vətən uğrunda həlak olanlardan 5-i “Qəbələ”nin fanatı olub

Azərbaycan ordusu Qarabağ uğrunda döyüşlərdə düşməni məhv etdi.

Əsgərlərimiz erməniləri torpaqlarımızdan qovaraq kəndlərimizi, rayonlarımızı, şəhərlərimizi işğaldan azad etdi.

Bu yolda 2800-dən artıq azərbaycanlı şəhid, qazi oldu. Onların hər birinin ruhu qarşısında baş əyirik.

Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı açıqlanıb. Rəsmi məlumata görə, 2802 nəfər Qarabağ döyüşlərində həlak olub. Şəhidlər arasında futbola, klublarımıza azarkeşlik edən şəxslər də var.

Onlardan 12 nəfər futbol camiəsinə bağlı qəhrəmanlardı. Bu rəqəm, sadəcə, rəsmi fanklub üzvü olanlara aiddi. Şəhid Fərid Dursunov isə “Qalatasaray”ın azarkeşi olub. Hətta dostlarına “şəhid olsam, məzarıma “Qalatasaray” bayrağı asın”, - deyə vəsiyyət edib.

Sportinfo.az xəbər verir ki, Vətən uğrunda həlak olanlardan 5-i “Qəbələ”nin fanatı olub. Siyahıda “Qarabağ”, “Neftçi”, “Kəpəz”in hərəyə 2, “Keşlə”nin isə 1 azarkeşi yer alıb.

Qəbələ - Təbriz Qasımov, Tapdıq Ağayev, Elməddin Mustafayev, Tural Cəlilov, Rüstəm Atakişizadə

Qarabağ - Məhəmmədəli İbrahimli, Teymur Məcidzadə

Neftçi - Afiq Qulamlı, Rüfət Əsgərli

Kəpəz - Anar Məmmədov, Əmrah Rəcəbov

Keşlə - İsrail Cəfərov

Sektor11 - Ziyadxan Əliyev

Qalatasaray - Fərid Dursunov

Digər Xəbərlər
Xəbər Lenti