İlham Əliyevdən "Neftçi"li şəhidə verilən yüksək qiymət - VİDEO

24 Dekabr 2020 10:40 Azarkeş 1 517
İlham Əliyevdən "Neftçi"li şəhidə verilən yüksək qiymət - VİDEO

Prezident İlham Əliyev dünən Zəngilan və Qubadlı rayonlarına səfər edib.

Sportinfo.az xəbər verir ki, ölkə başçısı avtomobilini bu ərazidə şəhid olmuş Rüfət Əsgərovun tablosu qarşısında saxlayıb.

Dövlət rəhbəri və xanımı ona Allahdan rəhmət diləyib.

Vətən müharibəsində şəhid olmuş "Neftçi" ailəsinin üzvü Ali Baş Komandan tərəfindən "Vətən uğrunda" medalı ilə təltif edilib.

Düşmənin kabusuna çevrilən kəşfiyyatçı mayorumuz 3 düşmən postunu alıb və qarşı tərəfin 24 nəfər xüsusi təyinatlısını məhv edib.

Oktyabrın 13-də Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə xüsusi tapşırığı yerinə yetirərkən qəhrəmancasına həlak olub.

"Neftçi"yə aid fanklubun aparıcı üzvü olan Rüfət Əsgərov 1981-ci il təvəllüdlüdür. Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2003-cü ildə isə leytenant rütbəsilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib.

İxtisasca kəşfiyyatçı olan mayor Rüfət Əsgərov 2016-cı ildən Ali hərbi məktəbin kəşfiyyat kafedrasında baş müəllim işləyib. O, xidmətdə fərqləndiyinə görə bir çox medallara, eləcə də fəxri fərmanlara layiq görülüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!