Daha bir ölkə AVRO-2020 ilə bağlı UEFA-ya zəmanət verdi

25 May 2020 18:48 AÇ-2020 5 205
Daha bir ölkə AVRO-2020 ilə bağlı UEFA-ya zəmanət verdi

İrlandiyanın paytaxtı Dublin AVRO-2020-nin oyunlarını qəbul etməyə hazırdır.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli futbol federasiyasından TASS-ın sorğusuna cavab olaraq bildirilib.

Qitə futbol qurumuna matçları keçirməklə bağlı dövlət zəmanəti təqdim edib. Daha əvvəl AFFA da UEFA-ya oyunları qəbul etməklə bağlı hökumət təminatı verib.

Avropa çempionatı 12 şəhərdə - Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməlidir.

İngiltərə paytaxtındakı "Uembli" stadionunda 7 oyunun, o cümlədən, yarımfinal və final qarşılaşmalarının təşkili nəzərdə tutulub. Azərbaycan tərəfi AVRO-2020-nin təşkil edəcəyinə dair UEFA-ya dövlət təminatı verib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!