"Daha öncə buraxılmış bu səhvə görə üzr istəyirik"

21 Mart 2020 09:14 AÇ-2020 836
"Daha öncə buraxılmış bu səhvə görə üzr istəyirik"

Bu il keçirilməsi nəzərdə tutulan, lakin Avropada sürətlə yayılan koronavirus pandemiyasına görə gələn ilə təxirə salınan AÇ-2020-nin adı ilə bağlı məsələyə hələ tam aydınlıq gəlməyib.

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, ötən gün AÇ-2020-nin “Tvitter” hesabında bu məsələ ilə bağlı verilən açıqlamada yanlışlığa yol verilib. Hansı ki, qitə birinciliyinin 2021-ci ildə keçirilməsinə baxmayaraq, elə AÇ-2020 adlandırılacağı bəyan olunmuşdu.

Amma UEFA bu məlumatın rəsmi olmadığını açıqlayıb və bu yanlışlığa görə hər kəsdən üzr istəyib: “Daha öncə buraxılmış bu səhvə görə üzr istəyirik. Təxirə salınmış Avropa çempionatının necə adlanacağı ilə bağlı hələ heç bir qərar verilməyib”.

UEFA koronavirus pandemiyası ilə əlaqədar AÇ-2020-ni gələn ilin yayına kimi təxirə salıb. Yarışın 11 iyun-11 iyulda keçiriləcəyi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"