UEFA-dan AVRO-2020-nin taleyi ilə bağlı...

12 Mart 2020 19:16 AÇ-2020 774
UEFA-dan AVRO-2020-nin taleyi ilə bağlı...

UEFA koronavirus infeksiyasının yayılması ilə əlaqədar video-konfrans təşkil edəcək.

Sportinfo.az xəbər verir ki, martın 17-də keçiriləcək tədbirə quruma üzv olan 55 milli assosiasiyanın rəsmiləri, Avropa Klublar Assosiasiyası və Beynəlxalq Peşəkar Futbolçular Federasiyasının nümayəndələri dəvət ediləcək.

Müzakirələr bütün daxili və qitəmiqyaslı yarışları, habelə AVRO-2020-ni əhatə edəcək. Daha ətraflı açıqlama video-konfransın ardından veriləcək.

İclasın gündəliyinə daxil edilən məsələlər:

1. Avropa çempionatı 2021-ci ilə təxirə salınsın;

2. AÇ-2020 iyunda deyil, sentyabrda start götürsün;

3. AÇ-2020-nin şəhərləri dəyişdirilsin;

4. AÇ-2020-nin oyunları azarkeşsiz keçirilsin.

Ehtimallara görə, turnir 2021-ci ilə təxirə salınacaq. Lakin UEFA-nın bu qərarı verməmişdən öncə FIFA ilə danışıq aparmalıdır. 2022-ci ildə dünya kubokundan öncə qitə çempionatının keçirilməsi təqvimi alt-üst edə bilər.

Avropa çempionatında 4 matçın Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılıb. Bundan əlavə, klubların şikayətindən sonra UEFA Çempionlar Liqası və Avropa Liqasını dayandıracağını bəyan edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu