Bakıdakı AVRO-2020 oyunları payıza və ya gələn ilə təxirə salınır?

10 Mart 17:27 AÇ-2020 193
Bakıdakı AVRO-2020 oyunları payıza və ya gələn ilə təxirə salınır?

İtaliyada koronavirus yayılmaqda davam edəcəyi təqdirdə, hadisələrin inkişafı üçün 3 variant nəzərdən keçirilir.

Sportinfo.az-ın "La Repubblica"ya istinadən verdiyi məlumata görə, infeksiya bütün Avropaya doğru cərəyan etsə, AVRO-2020 təxirə salınacaq, milli çempionatların oyunları isə yayda keçiriləcək.

Bu halda qitə çempionatı payızda və ya gələn il təşkil olunacaq. İkinci variant A Seriyasının oyunlarının mayda və əhəmiyyətli dərəcədə sıx qrafikdə bərpasıdır.

Bu zaman komandalar hər 2-3 gündən bir meydana çıxmalı olacaqlar. İtaliya Kubokunun qalan oyunları isə iyun və ya avqustda keçiriləcək.

Nəhayət, ən pis ssenari İtaliya çempionatlarının tam ləğvidir. Belədə çempionluq heç kimə verilməyəcək, avrokuboklara vəsiqələr isə komandaların hazırda turnir cədvəlindəki yerlərinə uyğun bölünəcək.

Eniş zonasındakı klublar A Seriyasında qalacaqlar və B Seriyasından 2 komanda elitaya yüksələcək. Beləliklə, A Seriyası 22 komandayadək genişlənəcək.

AVRO-2020 12 iyun - 12 iyulda keçirilməlidir. Püşkatmanın nəticələrinə əsasən, açılış oyunu iyunun 12-də Romadakı "Olimpiko" stadionunda İtaliya və Türkiyə milliləri arasında olacaq.

Bakı Olimpiya Stadionu (BOS) iyunun 13-də Uels - İsveçrə, iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də Türkiyə - İsveçrə matçlarına ev sahibliyi edəcək. İyulun 4-də isə BOS-da 1/4 final oyunlarından biri təşkil olunacaq.

Xəbər Lenti