Azərbaycanda futboldan necə gəlir əldə etmək olar? – ƏL SIXDILAR

19 Fevral 17:40 AÇ-2020 538
Azərbaycanda futboldan necə gəlir əldə etmək olar? – ƏL SIXDILAR

Bakı Biznes Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və AFFA-nın təşkilatçılığı ilə "AVRO 2020: KOB-lar üçün perspektivlər" mövzusunda tədbir keçirilib.

Sportinfo.az xəbər verir ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov futboldan necə gəlir əldə etməyin mümkünlüyünü müzakirə edəcəklərini bildirib.

KOBİA və AFFA arasında əməkdaşlığa dair memorandum imzalanıb.

AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq.

Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər.

Xəbər Lenti