AFFA-nın yeni rəhbəri: "Özümüz də ucuz olan yerlərə gedirik"

19 Fevral 2020 15:20 AÇ-2020 1 051
AFFA-nın yeni rəhbəri: "Özümüz də  ucuz olan yerlərə gedirik"

"AVRO-2020-nin fan-zonalarda hər bir məhsul satılacaq.

Eyni məhsulu satmaqla, bir-birilərinə rəqabət yaradılmayacaq. Qiymətlər tariflərə uyğun olacaq. Tarifləri isə tender vaxtı açıqlayacağıq".

bunu AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və AFFA-nın təşkilatçılığı ilə "AVRO 2020: KOB-lar üçün perspektivlər" mövzusunda tədbirdə deyib.

Milli assosiasiya rəsmisi çempionat oyunları zamanı süni qiymət artımına da münasibət bildirib: "Biz şəhərə nəzarət edə bilmərik. Paytaxtdakı restoran və kafelərin qiymətləri süni şəkildə qaldırmaları yaxşı hal deyil.

Otellərdə qiymət artımı 30 faizdən çox olmamalıdır. Elə etməliyik ki, bura gələn turist bir neçə ildən sonra yenidən ölkəmizə öz ailəsi ilə yenidən qayıtsın.

Əvvəllər restoranlar xaricdən gələnlər üçün ayrı, yerlilər üçün fərqli qiymətlər təklif edirdilər. Bunun qarşısı alındı. Özümüz də xidmətlərin ucuz olduğu yerlərə gedirik".

AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq.

Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar. AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər.

Digər Xəbərlər
Xəbər Lenti