Azərbaycanda futbolla bağlı daha bir…

15 Fevral 2020 10:10 AÇ-2020 982
Azərbaycanda futbolla bağlı daha bir…

AÇ-2020-nin Bakıda keçiriləcək 4 oyununda istifadə üçün tələb olunan noutbukların alınması ilə bağlı AFFA daha bir tender elan edib.

Sportinfo.az xəbər verir ki, təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur.

“Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.

Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi"ni, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi qalib olduğu halda, tələb edilən malların 18.03.2020-ci il tarixinədək təhvil veriləcəyinə dair zəmanət məktubunu 26.02.2020-ci il, saat 18:00-a qədər tender@affa.az elektron ünvanına göndərə bilər.

Digər Xəbərlər
Xəbər Lenti