Bakıda keçiriləcək oyunların təqvimi müəyyənləşdi

30 Noyabr 2019 22:44 AÇ-2020 871
Bakıda keçiriləcək oyunların təqvimi müəyyənləşdi

2020-ci ildə keçiriləcək Avropa çempiontının Bakıda baş tutacaq oyunlarının təqvimi müəyyənləşib. Sportinfo.az xəbər verir ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək.

İyulun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa 1/4 final mərhələsinin bir oyunu da Bakıda keçiriləcək.

AÇ-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar. İtaliya da AÇ-nin ev sahiblərindən biri olduğu üçün, bu komandanın iştirakı ilə baş tutacaq oyunlar Bakıda keçirilməyəcək..

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!