AFFA rəsmiləri püşkatma mərasimində

30 Noyabr 2019 18:13 AÇ-2020 1 063
AFFA rəsmiləri püşkatma mərasimində

Bu gün Rumıniyanın paytaxtı Buxarestdəki ROMEXPO sərgi və konsert kompleksində AÇ-2020-nin final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Sportinfo.az xəbər verir ki, saat 21:00-da başlayacaq mərasimdə çempionatın ev sahibi şəhərlərindən biri olan Bakının nümayəndə heyəti də iştirak edəcək.

AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, Avro-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Kamran Vəliyev, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva və Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev ölkəmizi tədbirdə təmsil edəcəklər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti