Rusiya millisi və Sankt-Peterburq AÇ-2020-dən məhrum ediləcək?

27 Noyabr 2019 01:10 AÇ-2020 765
Rusiya millisi və Sankt-Peterburq AÇ-2020-dən məhrum ediləcək?

Rusiya millisi AÇ-2020-dən də uzaqlaşdırıla bilər. Sportinfo.az xəbər verir ki, bu barədə Rusiya Antidopinq Agentliyinin baş direktoru Yuri Qanus açıqlamasında bildirib.

Onun sözlərinə görə, Sankt-Peterburqun qitə çempionatının oyunlarına ev sahibliyi etməmə ehtimalı var: "Hər nə qədər ehtimal olsa da, Rusiya millisi Avropa çempionatından məhrum edilə bilər.

Hazırda Rusiya Antidopinq Agentliyi Ümumdünya Antidopinq Agentliyinə (WADA - red.) şərti uyğunluq rejimindədir. Onu saxlamaq üçün biz iki şərti yerinə yetirməli idik. Birincisi, 31 dekabr 2018-ci ilədək ekspertləri Moskva laboratoriyasına ekspertləri buraxmalı və onlara elektron bazanı verməliyik.

İkincisi, 30 iyun 2019-cu ilədək maddi məlumatların - WADA-nın araşdırma şöbəsinə verilməsi üçün dopinq-test siyahısının ötürülməsini təmin etməli idik".

Sankt-Peterburq gələn il iyunun 12-dən iyulun 12-dək keçiriləcək Avropa çempionatında qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyununa ev sahibliyi edəcək.

Böyük Britaniya mətbuatının məlumatına görə, Sankt-Peterburq oyunları qəbul etməsə, 4 oyun Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti