Ser Aleks: "Giqqz Uels yığmasında keyfiyyətli iş görür"

22 Noyabr 2019 13:59 AÇ-2020 745
Ser Aleks: "Giqqz Uels yığmasında keyfiyyətli iş görür"

"Mançester Yunayted"in əfsanəvi məşqçisi Aleks Ferqyusson Uels millisinin çalışdırıcısı Rayan Giqqz haqqında fikirlərini bildirib. Sportinfo.az "Sky Sports"a istinadən xəbər verir ki, ser Aleks vaxtilə rəhbərliyi altında oynamış Giqqzi tərifləyib:

"Rayan həmişə zirvədə olmaq istəyib. O, çox ağıllıdır və Uels yığmasında keyfiyyətli iş görür. Həm də Giqqz gənc oyunçulara inkişaf etmək üçün şərait yaradır. Bu fantastikadır".

AÇ-2020-nin seçmə mərhələsində millimizlə bir qrupda mübarizə aparan Uels son turda Macarıstan üzərində qələbə qazanaraq (2:0) ardıcıl ikinci dəfə qitə çempionatına vəsiqəni təmin edib.

Giqqz Uels millisinə baş məşqçi təyin olunarkən bu, birmənalı qəbul olunmamışdı. Xüsusən də yayda komanda Xorvatiya və Macarıstana uduzduqdan sonra tənqidlər daha da artdı. Ancaq sonradan 3 qələbə və 2 heç-heçə Uelsi AVRO-2020-yə çıxardı.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!