Luis Enrike qayıtdı!

19 Noyabr 2019 14:01 AÇ-2020 843
Luis Enrike qayıtdı!

Xərçəng xəstəliyindən dünyasını dəyişən azyaşlı qızı Ksanaya görə ispaniya millisinin baş məşqçi postundan getmiş Luis Enrike vəzifəsinə geri qayıdıb.

Sportinfo.az xəbər verir ki, psixoloji gərginliyi aradan qaldıran 49 yaşlı mütəxəssis federasiya rəhbərliyinə yayda keçiriləcək Avropa çempionatı üçün yığmayla çalışmağa hazır olduğunu deyib.

Enrikenin bu qərarına sevinən federasiya rəsmiləri onunla görüşərək geri qayıdışını rəsmən bəyan ediblər.

Qızını bu yay itirən Enrikeni millidə köməkçisi Robert Moreno əvəzləyib. Komanda onun rəhbərliyi altında AÇ-2020-nin seçmə mərhələsində keçirdiyi 10 oyunun 8-də qələbə qazanıb, 2 görüşdə heç-heçə edib.

Digər Xəbərlər
Xəbər Lenti