Qaret Beyl: "Azərbaycanda qazandığımız mühüm qələbə..."

19 Noyabr 2019 13:19 AÇ-2020 674
Qaret Beyl: "Azərbaycanda qazandığımız mühüm qələbə..."

Uels yığmasının lideri Qaret Beyl AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Azərbaycanla keçirdikləri oyun haqda "Sky Sports"a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, bu gün qrupun son görüşü çərçivəsində Macarıstana qalib gəlməkdən başqa yollarının olmadığını deyən "Real"ın ulduzu 3 gün əvvəl Bakıda əldə edilən 3 xalın çox vacib olduğunu bildirib.

"Bu gün yalnız qələbəyə köklənmişik, başqa heç nə düşünmürük. Çünki ötənilki dünya çempionatına son anda qatıla bilməmişdik. AÇ-2020-nin final mərhələsində Uelsin olması üçün Bakıdan əlavə stimulla qayıtmışıq. Azərbaycanda qazandığımız mühüm qələbə bu gün üçün də yüksək motivasiyadır. Baş məşqçimizlə danışmışdım, Bakıda özümü yoxlamaq istəyirdim və bu, yaxşı alındı. Çoxdandır oynamırdım deyə, tam hazır deyildim. Ancaq Macarıstanla görüşü səbrsizliklə gözləyirəm".

Yığmamıza Bakıda 2:0 hesabı ilə qalib gələn Uels bu axşam Macarıstanla görüşdə qələbə qazansa, Slovakiya - Azərbaycan oyununun nəticəsindən asılı olmayaraq, AÇ-nin final mərhələsinə vəsiqəni təmin edəcək.

Digər Xəbərlər
Xəbər Lenti