Mançini rekordçu oldu

19 Noyabr 2019 10:34 AÇ-2020 919
Mançini rekordçu oldu

AÇ-2020-nin seçmə qrup mərhələsində Ermənistana 9:1 hesabı ilə qalib gələn İtaliya millisi tarixi göstəriciyə imza atıb.

Sportinfo.az xəbər verir ki, Roberto Mançininin başçılıq etdiyi apenninlilər 71 illik göstəricini təkrarlayıblar.

"Skuadra azzura" buna qədər son dəfə 1948-ci ildə ABŞ-ın qapısından 9 top keçirib. İtalyanlar həmçinin 1920-ci ildə Fransanı 9:0, 1928-ci ildə isə Misiri 11:3 hesabı ilə məğlubiyyətə uğradıb.

Roberto Mançini millinin "sükanı" arxasında ardıcıl 11 qələbə sevinci yaşayan ilk mütəxəssis kimi tarixə düşüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti