Marek Hamşik: "Mütləq 3 xal qazanmalıyıq"

18 Noyabr 2019 20:10 AÇ-2020 583
Marek Hamşik: "Mütləq 3 xal qazanmalıyıq"

Azərbaycanla oyuna hazırıq. Düzdür, Xorvatiya ilə görüşdən sonra bu matça hazırlaşmaq üçün vaxtımız çox deyildi. Amma dünən məşq etdik, bu gün də daha bir hazırlıq prosesimiz olacaq. Azərbaycan müdafiədə yaxşı oynayır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Slovakiya millisinin kapitanı Marek Hamşik deyib.

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyundan öncə mətbuat konfransına qatılan 32 yaşlı futbolçu görüşün Bakıdakı matçdan fərqlənəcəyini bildirib:

“Bakıda fantastik oyun keçirmişdik. Amma bu o demək deyil ki, işimiz asan olacaq. Düşünürəm ki, sabah bizi Bakıdakından fərqli oyun gözləyir. Azərbaycan millisinə təhlükəli əks hücumlar qurmağa imkan verməməliyik”.

Hamşik son oyunda favorit statusunu təsdiqləməli olduqlarını sözlərinə əlavə edib: “Təbii ki, ilk növbədə öz oyunumuzu düşünməliyik. Hazırda bütün fikrimiz Azərbaycanla oyuna yönəlib. Favorit olduğumuzu təsdiqləməli və mütləq 3 xal qazanmalıyıq. Yalnız bundan sonra Uels - Macarıstan görüşünün nəticəsi ilə maraqlanmaq olar”. (Report)

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"