"Pis xəbər Azərbaycanla oyuna təsir edə bilər"

18 Noyabr 2019 20:01 AÇ-2020 746
"Pis xəbər Azərbaycanla oyuna təsir edə bilər"

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Slovakiya - Azərbaycan oyunundan öncə meydan sahiblərinin baş məşqçisi Pavel Hapal mətbuat konfransı keçirib. Sportinfo.az xəbər verir ki, Hapal ötən görüşlə müqayisədə heyətdə bəzi dəyişikliklərin olacağını deyib:

"Robert Mak qırmızı vərəqə aldığı üçün oynamayacaq. Amma qalan futbolçular meydana çıxmağa hazırdılar. Sabah Azərbaycanla matçda yalnız qələbə haqqında düşünürük".

50 yaşlı mütəxəssis nikbin olduğunu vurğulayıb:

"Uelsdəki görüşün nəticəsi bizim üçün çox önəmlidir. İnanmalıyıq ki, qrupumuzdakı digər oyun heç-heçə yekunlaşa bilər. Çünki matç Uels və Macarıstan üçün çətindir. Rəqiblər qapılarını toxunulmaz saxlamağa cəhd edəcəklər. Xorvatiya ilə qarşılaşmada bəxt bizim tərəfimizdə deyildi. Ümid edirəm ki, Uels - Macarıstan duelində bəxt bizə güləcək. Çünki pis xəbər almağımız Azərbaycanla oyundakı çıxışımıza təsir edə bilər. Bu günkü məşqdən sonra dəqiq biləcəyik, bəlkə də hansısa futbolçu yorğun ola bilər. Mütləq qələbə qazanmalıyıq".

Hapal millimizdə bəzi dəyişikliklər olduğunu söyləyib: "Bakıdakı oyunla müqayisədə Azərbaycan millisində müəyyən dəyişikliklər görünür. Biz matça ciddi yanaşmalı və maksimum gücümüzü ortaya qoymalıyıq". (Report)

Qeyd edək ki, sabah Trnavadakı Anton Malatinski adına stadionda keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!