Azərbaycan tsikli bir xalla başa vurdu - YENİLƏNİB

20 Noyabr 2019 01:34 AÇ-2020 1 051
Azərbaycan tsikli bir xalla başa vurdu - YENİLƏNİB

Milli komandamız 2019-cu ildə son rəsmi oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi yığmamız AÇ-2020-nin qrup mərhələsinin son görüşü çərçivəsində səfərdə Slovakiyanın qonağı olub.

Mübarizə apardığı E qrupunu sonuncu pillədə tamamlayacağı bir neç tur əvvəldən məlum olan komandamız rəqibinə Bakıda 1:5 hesabı ilə məğlub olmuşdu.

Futbolçularımızın heç bir iddiası qalmasa da, 10 xala malik slovaklar AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmaqdan ötrü qarşılaşmanı mütləq qalib başa vurmalı və paralel olaraq keçirilən qrupun Uels - Macarıstan duelinin nəticəsini gözləməli idilər. Slovakiya millimizə qalib gəlsə də. final mərhələsinə Uels yollanıb. Yığmamız isə qrupu cəmi bir xalla başavurub.

AÇ-2020. Seçmə qrup mərhələsi. 8-ci tur.

E qrupu, 19 noyabr

Slovakiya - Azərbaycan 2:0
Qollar: Bojenek, 19, Hamşik, 87

Slovakiya: 1. Martin Dubravka, 2. Peter Pekarik, 7. Lukas Haraslin, 9. Robert Bojenik, 11. Matuş Bero, 14. Milan Şkriniar, 15. Norbert Qyömber, 16. David Hançko, 17. Marek Hamşik (k), 19. Yuray Kuçka, 22. Stanislav Lobotka.

Ehtiyat oyunçular: 12. Marek Rodak, 23. Dominik Holeç, 3. Denis Vavro, 4. Martin Valyent, 5. Lübomir Şatka, 16. Yan Qrequş, 8. Andrey Duda, 10. Albert Rusnak, 13. Patrik Hroşovski, 18. Samuel Mraz, 20. Nikolas Şpalek, 21. Mixal Duriş.

Baş məşqçi: Pavel Hapal

Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 3. Şəhriyar Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 16. Abbas Hüseynov, 18. Anton Krivotsyuk(19.Təmkin Xəlilzadə, 73), 14. Eddi İsrafilov (5.Elvin Camalov, 46), 22. Cavid Hüseynov (17. Renat Dadaşov, 78), 9. Vüsal İsgəndərli, 11. Ramil Şeydayev

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Mehdi Cənnətov, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 10. Ağabala Ramazanov, 13. Dmitri Nazarov, 15. Şəhriyar Əliyev, 20. Riçard Almeyda, 21. Pavel Paşayev.

Baş məşqçi: Nikola Yurçeviç.

Baş hakim: Sergey Boyko

Yan xətt hakimləri: Vladimir Volodin, Semyon Şlonçak

Dördüncü hakim: Vitali Romanov (hakimlər briqadası Ukraynanı təmsil edir)

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı