"Yuventus"un ulduzu Azərbaycanla oyun haqda nə dedi?

18 Noyabr 2019 11:20 AÇ-2020 697
"Yuventus"un ulduzu Azərbaycanla oyun haqda nə dedi?

"Son Avropa çempionatında yaxşı vaxt keçirmişik. Yenidən bu həyəcanı yaşamaq istəyirik".

Sportinfo.az xəbər verir ki, bu sözləri Britaniya mətbuatına açıqlamasında Uels yığmasının yarımmüdafiəçisi Aaron Remzi deyib.

"Yuventus"un futbolçusu millimizlə noyabrın 16-da keçirdikləri qarşılaşmanı şərh edərkən deyib ki, Azərbaycanla matç vacib idi: "Dünya çempionatındakı məyusluqdan sonra yenidən böyük turnir həyəcanı yaşamaq istəyirik. O dönəmdən bəri çox şey dəyişib.

Komandada yeni simalar var, onlar həmin təcrübəni yaşamayıblar. Bu gənclər üçün final mərhələsi önəmli və unudulmaz olar. Avropa çempionatına vəsiqə yolunda Azərbaycanla qarşılaşma çox mühüm idi. Bakıda qələbə qazanmaqla özümüzə inamımız bir qədər də artdı. Çünki Azərbaycan kimi ölkələri səfərdə məğlub etmək asan olmur. Yadınızdadırsa, qrupumuzun lideri Xorvatiya da Bakıda xal itirmişdi. Buna görə Bakıda qazandığımız 3 xalı çox vacib qələbə kimi qiymətləndirirəm".

Rayan Giqqzin baş məşqçisi olduğu britaniyalılar qrupun son turunda Macarıstan yığmasını qəbul edəcək. AÇ-2020-yə çıxmaq məsələsi öz əlində olan Uels macarlara qalib gəlsə, Slovakiya - Azərbaycan görüşünün nəticəsindən asılı olmayaraq, qrup 2-cisi olacaq.

Digər Xəbərlər
Xəbər Lenti