Dublində AVRO-2020-yə vəsiqə uğrunda "savaş"

18 Noyabr 2019 10:38 AÇ-2020 775
Dublində AVRO-2020-yə vəsiqə uğrunda "savaş"

Bu gün AÇ-2020-nin seçmə mərhələsinin sonuncu turu çərçivəsində daha 8 görüş keçiriləcək.

Sportinfo.az.az xəbər verir ki, F və J qruplarında baş tutacaq 8 qarşılaşma içində vəsiqə uğrunda oyun olmayacaq.

Yalnız D qrupunda vəziyyət gərgin və maraqlı olaraq qalır. Bu qrupda ilk 3 yerdə qərarlaşmış millilərin hər 3-nün AÇ-nin final mərhələsinə yollanmaq imkanları qalır. 3-cü pillədə qərarlaşan İrlandiya bu axşam evdə qrup lideri Danimarkaya qalib gəlsə, AVRO-2020-nə vəsiqəni rəsmiləşdirəcək. İsveçrənin səfərdə autsayder Cəbəllütariqə uduzacağı qəti inandırıcı deyil. Ona görə belə demək mümkünsə, Danimarka, İsveçrə, İrlandiyanın hər 3 yığmanın taleyi özündən asılıdır və son turda 2 vəsiqə uğrunda gərgin mübarizə gedəcək.

AÇ-2020. Seçmə qrup mərhələsi. 10-ci tur

18 noyabr

D qrupu

23:45 Cəbəllütariq – İsveçrə
23:45 İrlandiya – Danimarka

1 Danimarka 7 4 3 0 22-5 15
2 İsveçrə 7 4 2 1 13-5 14
3 İrlandiya 7 3 3 1 6-4 12
4 Gürcüstan 8 2 2 4 7-11 8
5 Cəbəllütariq 7 0 0 7 2-25 0

F qrupu

23:45 İspaniya – Rumıniya
23:45 İsveç – Farer adaları
23:45 Malta – Norveç

1 İspaniya 9 7 2 0 26-5 23
2 İsveç 9 5 3 1 20-9 18
3 Rumıniya 9 4 2 3 17-10 14
4 Norveç 9 3 5 1 17-10 14
5 Farer adaları 9 1 0 8 4-27 3
6 Malta 9 1 0 8 2-25 3

J qrupu

23:45 Yunanıstan – Finlandiya
23:45 İtaliya – Ermənistan
23:45 Lixtenşteyn – Bosniya və Herseqovina

1 İtaliya 9 9 0 0 28-3 27
2 Finlandiya 9 6 0 3 15-8 18
3 Yunanıstan 9 3 2 4 10-13 11
4 Ermənistan 9 3 1 5 13-16 10
5 Bosniya və Hers. 9 3 1 5 17-17 10
6 Lixtenşteyn 9 0 2 7 2-28 2

Bombardir: Harri Keyn (İngiltərə) – 12 qol.

Digər Xəbərlər
Xəbər Lenti