Van Deyk yığmadan ayrılıb İngiltərəyə qayıtdı

17 Noyabr 2019 19:45 AÇ-2020 790
Van Deyk yığmadan ayrılıb İngiltərəyə qayıtdı

AÇ-2020-nin final mərhələsinə vəsiqəni dünən Şimali İrlandiya ilə səfərdə təmin edən Niderland qrupun son oyununda kapitan Vircil van Deykin xidmətindən istifadə edə bilməyəcək.

Sportinfo.az xəbər verir ki, "Liverpul"un 28 yaşlı futbolçusu millinin düşərgəsindən ayrılaraq İngiltərəyə qayıdıb.

Baş məşqçi Ronald Kumanla danışan van Deyk mətbuata açıqlanmayan şəxsi məsələ üzündən qarşıdakı görüşdə komandaya kömək edə bilməyəcəyini deyib.

"Narıncılar" seçmə mərhələnin son oyununu noyabrın 19-da evdə Estoniya millisinə qarşı keçirəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti