"Cırtdan"ların arxasında qalan millimiz

17 Noyabr 2019 21:00 AÇ-2020 704
"Cırtdan"ların arxasında qalan millimiz

AÇ-2020-nin seçmə qruplarında artıq son tur start götürüb. Bu günə qədər 17 milli komanda qitə birinciliyinin final mərhələsində yerini təmin edib.

Sportinfo.az xəbər verir ki, seçmə mərhələnin ən uğursuz yığmalarından biri də Azərbaycandır.

Dünən evdə Uelsə də məğlub (0:2) olan, bu seçmə mərhələdə 5 qol vurub 16-nı buraxan Nikola Yurçeviçin komandası 1 xalla 55 komanda arasında ən pis göstəriciyə malik 6 yığma arasındadır.

Azərbaycanla yanaşı, Litva və Estoniyanın da cəmi 1 xalı var. "Cırtdanlar"dan San Marino, Cəbəllütariq və Latviya isə xalsızdır. Andorra, Moldova, Lixtenşteyn, Malta, Farer adaları kimi komandalar Azərbaycandan daha yaxşı göstəricilərə malikdir.

Digər Xəbərlər
Xəbər Lenti