"Sabah"da bombardir olmuş ukraynalının serb arzusu

17 Noyabr 2019 17:47 AÇ-2020 919
"Sabah"da bombardir olmuş ukraynalının serb arzusu

Ötən mövsüm "Sabah"ın heyətində 21 oyunda 8 qol vurmuş Serbiya əsilli ukraynalı hücumçu Marko Deviç AÇ-2020-nin seçmə qrup mərhələsinin bu gün keçiriləcək Serbiya - Ukrayna görüşü öncəsi ölkəsinin mətbuatına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 6 il (2008/2014) Ukrayna millisinin formasını geyinmiş 36 yaşlı forvard serblərin də qitə birinciliyinin final mərhələsinə yollanmasını arzuladığını deyib.

"Hələ bu qrupun püşkü atılanda məyus olmuşdum. Ən azından hər iki ölkəmin Avropa çempionatına vəsiqə qazanmasını istəyirəm. Ukrayna bu vəzifənin öhdəsindən gəldi. Fikrimcə, son tur olsa belə, Serbiyanın da şansı qalıb".

B qrupunda yer alan cütlüklərdən Ukrayna AÇ-nin final mərhələsinə vəsiqəni sona 3 tur qalmış rəsmiləşdirib. Bir azdan start götürəcək dueldə serblər qələbə qazansalar belə, qitə çempionatına yollanmaq şansı mümkünsüz görünür. Çünki qrupdan çıxmağa əsas namizəd - Kriştiano Ronaldolu Portuqaliyanın Lüksemburda xal itirəcəyi reallıqdan uzaqdır.

Digər Xəbərlər
Xəbər Lenti