COP29

"Azərbaycana qalib gəlməkdən başqa yolumuz yoxdur" - KAPİTAN

12 Noyabr 2019 12:44 AÇ-2020 552
"Azərbaycana qalib gəlməkdən başqa yolumuz yoxdur" - KAPİTAN

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Bakıda Azərbaycanın qonağı olacaq Uels millisi meydana qələbə üçün çıxacaq.

Sportinfo.az xəbər verir ki, zədədən yeni qayıdan Uels yığmasının kapitanı Eşli Uilyams oyun haqda Britaniyanın BBC Sport kanalına danışarkən deyib.

"Avropa çempionatına yollanmaq istəyiriksə, əvvəlcə Azərbaycanı, sonra isə Macarıstanı məğlub etməliyik. Əgər Bakıdan 3 xalla qayıtsaq, Macarıstanla görüşdə möhtəşəm atmosfer olacaq. Ona görə Azərbaycana qalib gəlməkdən başqa yolumuz yoxdur. Baş məşqçimiz bilir ki, artıq tam hazıram. Düzdür, Slovakiya və Macarıstanla matçlarda meydana çıxmadığım üçün məyus olmuşdum. Lakin indi tam formadayam".

Digər Xəbərlər
Xəbər Lenti