UEFA Bolqarıstanı cəzalandırdı

29 Oktyabr 2019 19:45 AÇ-2020 931
UEFA Bolqarıstanı cəzalandırdı

Bolqarıstan milli komandası AVRO-2020-nin seçmə mərhələsinin Çexiya ilə oyununu boş tribunalar önündə keçirəcək.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, cəzaya səbəb İngiltərə ilə matçda (0:6) baş verənlərdir.

Xatırladaq ki, azarkeşlərin irqçi şüarlarına görə, hakim iki dəfə oyunu saxlamalı olmuşdu. Həmin hadisədən sonra Bolqarıstan Futbol Federasiyasının prezidenti Borislav Mixaylov istefa vermişdi.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM