Bakı UEFA-nın gözündə - VİDEO

29 Oktyabr 2019 13:23 AÇ-2020 805
Bakı UEFA-nın gözündə - VİDEO

UEFA AVRO-2020-nin final mərhələsinin oyunlarına ev sahibliyi edəcək 12 şəhərlə bağlı videomaterial hazırlayıb.

Sportinfo.az xəbər verir ki, tanıtım xarakterli çarxda Azərbaycan paytaxtının özəlliklərindən danışılıb. Videoda Bakının gəzməli-görməli yerlləri, Olimpiya Stadionu haqqında məlumat verilib.

AVRO-2020 yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.

İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"