Macarıstan millisinin baş məşqçisi Marko Rossi AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qalib gəldiyi oyunu xatırlayıb. Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis Xorvatiyaya 0:3 hesabı ilə uduzduqları oyundan sonra millimizlə görüşə hazırlaşmağın asan olmadığını bildirib:
"Splitdə Xorvatiyaya uduzduqdan sonra komandanı psixoloji olaraq hazırlamaq üçün iki gün lazım gəldi. Azərbaycana qarşı oyunda güclü rəqib gördük. Halbuki daha çox qol vuraraq oyunun taleyini həll edə bilərdik. Lakin sonda özümüz qol buraxdıq. Amma xoşbəxtlikdən hakim səhvindən evdə xal itirmədik".

