Uzun fasilədən sonra Macarıstan milli komandasına dəvət olunan Mate Vida AVR0-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycanla oyundan danışıb. Sportinfo.az "Nemzeti Sport"a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu Bəhlul Mustafazadənin sayılmayan qoluna sonradan bir daha baxdığını deyib:
"Ola bilər ki, bu dəfə hakim səhvindən istifadə etdik. Qol sayılsaydı, bilmirəm, necə yaşayardım. Təəssüf ki, komandamız hər şeyi məhv edən son dəqiqə qolu ilə dəfələrlə məğlub olub. Bu dəfə bəxtimiz gətirdi.
Vida çıxış etdiyi Slovakiyanın "Dunayska Streda" klubunun düşərgəsinə qayıtdıqdan sonra komanda yoldaşlarının 3 xala görə hollandiyalı hakim Dennis Hiqlərə təşəkkür etdiyini deyib:
"Paltardəyişmə otağında danışa bilmədim. Uşaqlar dərhal içəri girərək, referiyə 3 xal üçn təşəkkürlərini çatdırdılar. İstənilən halda onlar məni mehriban qarşıladılar, hər iki oyunumuzdakı çıxışımıza görə təşəkkür etdilər".

