AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində səfərdə Lixtenşteyni 5:0 hesabı ilə darmadağın edən İtaliya yığması 80 illik rekordu yeniləyib.
Sportinfo.az xəbər verir ki, Roberto Mançininin çalışdırdığı komanda buna ardıcıl 9-cu qələbəsini qazanmaqla nail olub.
İtaliya son dəfə 1938-1939-cu illərdə bu cür göstəriciyə imza atmışdı. "Skuadra Adzurra"-nın uğurlu seriyası 2018-ci ildə ABŞ-la oyundan başlayıb.
Apenninlilər sonra ardıcıl olaraq Finlandiya (ev+səfər), Lixtenşteyn (ev+səfər), Yunanıstan (ev+səfər), Bosniya və Herseqovina və Ermənistan üzərində qələbə qazanıb. 80 il sonra ən yaxşı göstəricisini təkrarlayan italiyalıların qrup mərhələsində Bosniya və Herseqovina ilə səfər, Ermənistanla isə ev oyunu qalıb.

