Kriştiano 700-ə çatdı!

15 Oktyabr 2019 10:52 AÇ-2020 838
Kriştiano 700-ə çatdı!

"Yuventus"un və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Ukrayna ilə oyunda (1:2) karyerasında 700-cü qolunu vurub.

Sportinfo.az xəbər verir ki, ulduz futbolçu dünyada bu zirvəyə çatmış 6-cı oyunçu olub. Beləliklə, Ronaldo "700" simvolik klubunun üzvünə çevrilib. Ondan başqa, karyerası ərzində 700 və daha çox qol vuran oyunçular - braziliyalılar Romario və Pele, avstriyalı Yozef Bitsan, almaniyalı Herd Müller və macarıstanlı Ferents Puşkaşdır.

Ronaldo yubiley qolunu penalti zərbəsi ilə vurub. Kriştiano "Real"da 450 (klub rekordu), "Mançester Yunayted"də 118, Portuqaliya millisində 95 (yığmanın rekordu), "Yuventus"da 32, "Sportinq"də isə 5 dəfə fərqlənib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti