"Ronaldo nə deyirdisə, hakim onu edirdi" - Ukraynalı futbolçu

15 Oktyabr 2019 10:24 AÇ-2020 872
"Ronaldo nə deyirdisə, hakim onu edirdi" - Ukraynalı futbolçu

Ukrayna milli komandasının yarımmüdafiəçisi Taras Stepanenko Portuqaliya ilə AÇ-2020-nin seçmə mərhələsindəki oyunu (2:1) şərh edib. Sportinfo.az xəbər verir ki, bu qələbədən sonra Andrey Şevçenkonun komandası Avropa çempionatına vəsiqə qazanıb:

"Bu gün böyük iş gördük. AVRO-2020-yə 1-ci yerin sahibi kimi yollanırıq. Oyun olaraq da buna layiq idik. Təəssüf ki, hakim mübarizə aparmağa imkan vermədi. Bu hakim məni "Ayntraxt"la oyunun (Ötən mövsüm Avropa Liqasındakı "Şaxtyor" - "Ayntraxt" matçı nəzərdə tutulur) 10-cu dəqiqəsində meydandan qovmuşdu. İndiyə qədər gördüyüm ən qorxaq referidir. İlk sarı vərəqə aldığım epizodda ümumiyyətlə, rəqibə toxunmamışdım, orada Yaremçuk qaydanı pozmuşdu. Biz hər ikimiz ona bunu dedik.

Penalti? Mən sürüşmə fəndini yerinə yetirirəm, top buduma sonra əlimə dəyir və oyun davam edir. Ronaldo hakimin üstünə qaçır, deyir "penalti" və bir neçə saniyədən sonra referi 11 metrlik nöqtəni göstərir. Kriştiano bu oyunda nə deyirdisə, o, edirdi. Bu dərəcədə əyilmək olmaz".

Qeyd edək ki, Ukrayna - Portuqaliya oyununu ingiltərəli Entoni Teylor idarə edirdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti