AVRO-2020-yə vəsiqə ilə müqaviləsi 2 il uzadıldı

14 Oktyabr 2019 19:47 AÇ-2020 791
AVRO-2020-yə vəsiqə ilə müqaviləsi 2 il uzadıldı

İtaliya milli komandasının AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanması baş məşqçi Roberto Mançininin müqaviləsinin avtomatik artırılmasına səbəb olub.

Sportinfo.az xəbər verir ki, 55 yaşlı mütəxəssisin federasiya ilə razılaşmasında belə bir bənd olub.

Seçmə mərhələni uğurla keçən və keçirdiyi 7 görüşün hamısında qələbə qazanmaqla qitə çempionatının final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edən Mançini ən azı DÇ-2022-yə qədər "Skuadra azzura"ya rəhbərlik edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM