Rossi: "Sabah Azərbaycanla çətin, ağır oyun olacaq"

12 Oktyabr 2019 18:17 AÇ-2020 616
Rossi: "Sabah Azərbaycanla çətin, ağır oyun olacaq"

AVRO-2020-nin seçmə mərhələsində milli komandamızın növbəti rəqibi Macarıstan yığması olacaq. Sportinfo.az xəbər verir ki, macarların baş məşqçisi Marko Rossi mətbuat konfransı keçirib.

İtaliyalı mütəxəssis sabahkı oyunda kimlərə şans verəcəyini bugünkü son məşqdən sonra müəyyənləşdirəcəyini deyib.

O, Azərbaycan yığmasının cari tsikldə bir neçə dəfə ustalıq səviyyəsini göstərdiyini bildirib: "Sabah çətin, ağır oyun olacaq". Azərbaycan millisi Uelsə çətin anlar yaşatdı. Yalnız son dəqiqələrdə bəxtsizlik nəticəsində qol buraxdı".

Rossi sabahkı oyunda yalnız qələbəni düşünəcəklərini bildirib: "Qalib gəlsək, Uelsdə bərabərlik də bizi qane edəcək. Rəqibə hörmətlə yanaşırıq. Xorvatiya ilə oyundan sonra Azərbaycanla matçın hazırlıqlarına başladıq. Qarşımızdakı vəzifənin öhdəsindən nə dərəcədə gələcəyimizi sabah görəcəyik".

Təcrübəli mütəxəssis yalnız qələbəni düşündüklərini, əks halda, məsuliyyətin yükünü anladıqlarını diqqətə çatdırıb:

"Azarkeşlər nəticədən razı qalmasalar, mənim getməyim təbii olacaq".

Baş məşqçi Azərbaycan millisinin üstün cəhətlərini də sadalayıb: "Eddi İsrafilovun milliyə qayıdışını xüsusi qeyd edərdim. Onunla yanaşı, Riçard Almeyda və Qara Qarayevin orta xəttdə çox sürətli görünürlər, Ramil Şeydayevin hücum xəttini doldurub, cinah oyunçuları da yaxşı təsir bağışlayırlar. Biz Azərbaycan millisini incələmişik. Baxaq görək, işimizin öhdəsindən necə gələcəyik". (Report)

Macarıstan komandasının yarımmüdafiəçisi Roland Şallai Xorvatiya ilə matçda özlərinə bənzəmədiklərini deyiblər. O, qarşıdakı oyuna yaxşı hazırlaşdıqlarını və psixoloji gərginliyi aradan qaldırdıqlarını söyləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti