İrlandiya millisi və "Mançester Yunayted"in əfsanəvi futbolçusu Roy Kin İngiltərə yığmasının futbolçularını sərt tənqid edib.
Sportinfo.az xəbər verir ki, "Nottingem Forest"in 48 yaşlı baş məşqçisi AÇ-2020-nin seçmə qrup mərhələsi çərçivəsində Çexiyaya uduzan ingilislərin futbol oynamadığını deyib.
"Başa düşə bilmirəm, İngiltərənin oynadığı nə idi. Hələ Deni Rousu demirəm, ilahi, o, sadəcə, dəhşət idi! Əsl "tamaşa" göstərirdi. Hendersonla Rays isə sanki Çexiyaya gəzməyə getmişdi. Yaxın 3-4 ildə millidən heç nə gözlənilməsin, çünki bu, futbol deyil. Bu futbolçular İngiltərədə qalsaydılar, komandaya daha çox xeyir vermiş olardılar".
Çexiya - İngiltərə qarşılaşmasında hesabı britaniyalılar açsa da, sonradan 2 top vuran Çexiya 2:1 hesabı ilə qələbə qazanıb.

