Milli üzvündən fantastik nəticə - 83 oyuna 51 qol

11 Oktyabr 2019 11:49 AÇ-2020 649
Milli üzvündən fantastik nəticə - 83 oyuna 51 qol

Belçika millisinin hücumçusu Romelu Lukaku ölkəsinin futbol tarixinə düşüb.

Sportinfo.az xəbər verir ki, bu, AÇ-2020-nin seçmə qrup mərhələsinin 7-ci turunda qeydə alınıb.

"Qırmızı şirlər"in San Marino millisini 9:0 hesabı ilə darmadağın etdiyi qarşılaşmada dubl edən 26 yaşlı forvard 83-cü yığma oyununda 51 qol həddinə çatıb. Bu, Belçika tarixində ilkdir.

Lukaku 2010-cu ildən milli formanı geyinir. Onun komandası 7 görüşə maksimum nəticə ilə AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanan ilk komanda olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti