AÇ-2020-nin seçmə qrup mərhələsi sona yaxınlaşdıqca individual seçimlər üzrə də rəqabət xeyli gərginləşib.
Sportinfo.az xəbər verir ki, geridə qalan 7 turdan sonra bombardirlər cədvəlində rəqabət güzəştsiz forma alıb.
Şotlandiya üzərində 4:0 hesablı darmadağında 2 qol vuran Artyom Zyuba 2-ci pilləyə yüksəlib. Rusiya millisinin 31 yaşlı forvardı yalnız 7 tura 10 qol vurmuş israilli həmkarı Eran Zahavidən geri qalır.
Sıralamada növbəti 5 yeri hərəyə 6 qolla Rahim Sterlinq (İngiltərə), Romelu Lukaku (Belçika), Memfis Depay (Niderland), Marko Arnautoviç (Avstriya) və İngiltərə millisinin forvardı Harri Keyn bölüşdürür.

