AÇ-2020-nin seçmə qrup mərhələsində Azərbaycan millisinin rəqibi Uelsin heyəti açıqlanıb.
Sportinfo.az xəbər verir ki, Rayan Giqqz oktyabrın 10-da Slovakiya, 3 gün sonra Xorvatiya ilə oyunlar üçün 23 futbolçuya dəvət göndərib. 11 aylıq fasilədən sonra "Yuventus"un yarımmüdafiəçisi Aaron Remsi də çağırılanlar arasındadır.
Qapıçılar: Ueyn Hönessi, Denni Uord, Adam Deyvis.
Müdafiəçilər: Kris Qanter, Eşli Uilyams, Ben Deyvis, Nil Teylor, Konnor Roberts, İtan Ampadu, Kris Mefam, Tom Loker, Co Rodon.
Yarımmüdafiəçilər: Aaron Remsi, Co Alen, Conatan Uilyams, Harri Uilson, Metyu Smit, Daniel Ceyms, Uill Uolks, Cozef Morell, Qaret Beyl, Tom Lourens.
Hücumçular: Sem Uoks, Tayler Roberts, Rabbi Matondo, Kiffer Mur.
Azərbaycan Kardiffdə keçirilən görüşdə Uelsə 1:2 hesabı ilə məğlub olub. Bu komandalar arasında Bakıda keçiriləcək qarşılaşma noyabrın 16-da oynanılacaq.

