AVRO-2020: Bakı Könüllülük Proqramı üçün 4 min könüllü

3 Oktyabr 2019 00:16 AÇ-2020 740
AVRO-2020: Bakı Könüllülük Proqramı üçün 4 min könüllü

AVRO-2020 Bakı Könüllülük Proqramı üçün indiyədək qeydiyyardan keçənlərin sayı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, artıq qeydiyyyat prosesində 4 mindən çox könüllü iştirak edib.

Könüllülər Proqramı üçün qeydiyyat noyabrın 30-dək davam edəcək. Müsahibə mərhələsinə dəvət olunanlardan isə yalnız 1900 namizəd proqrama qoşulmaq şansı əldə edəcək.

Müsahibə mərhələsində namizədin dil bilikləri yoxlanılacaq, eləcə də könüllü kimi əvvəlki tədbirlərdə təcrübəsi, beynəlxalq idman tədbirində işləmək məqsədi, tədbirə verə biləcəyi töhfələr və digər şəxsi bacarıqları əsas götürüləcək.

Müsahibədən keçən namizədlər üçün proqram çərçivəsində təşkilati məsələlərlə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.

Namizədlər proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirəcək, yeni beynəlxalq dostlar əldə edəcək, eləcə də futbol dünyasının bir hissəsi olacaqlar.

UEFA İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən, AVRO-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması BOS-da təşkil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti