UEFA Bakıda meşə salacaq

26 Sentyabr 2019 14:19 AÇ-2020 637
UEFA Bakıda meşə salacaq

UEFA Avro-2020 üçün iqlim dəyişikliyi razılaşmasına nail olub.

Sportinfo.az xəbər verir ki, Avropa futbolunu idarə edən təşkilat turnirin keçiriləcəyi 12 ev sahibi ölkədə 600.000 ağac əkəcək, həmçinin azarkeşlər və UEFA-nın oyunlara səfərləri zamanı karbon emissiyasının azaldılması üçün bərpa olunan enerji layihələrinə sərmayələr yatıracaq.

UEFA-nın prezidenti Aleksandr Çeferin Sloveniyanın paytaxtı Lyublyanada UEFA Avro-2020 turniri ərəfəsində yaşana biləcək iqlim dəyişikliyi problemini aradan qaldırılması üçün böyük bir kampaniyanın başlanacağını elan edib. UEFA Avropa Çempionatının 60 illik yubileyini qeyd etmək və yarışdan sonra geniş irsin qalması məqsədilə Avro-2020-yə ev sahibliyi edəcək 12 ölkənin hər birində 50.000 ağac əkəcək.

Bundan savayı, Cənub Qütbü ilə əməkdaşlıq çərçivəsində UEFA azarkeşlər və qurumun işçi heyətinin turnir zamanı keçiriləcək oyunlara səfərləri səbəbindən yaranacaq təxminən 405.000 ton karbon qazını kənarlaşdırmaq üçün qızıl standart bərpa olunan enerji layihələrinə sərmayələr yatıracaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti