Leysan "Vilyarreal"ın "Makkabi"ni darmadağın etməsinə mane olmadı

6 Noyabr 2020 03:01 Avropa Liqası 1 153
Leysan "Vilyarreal"ın "Makkabi"ni darmadağın etməsinə mane olmadı

Avropa Liqasının qrup mərhələsində III tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, gecənin son qarşılaşmasında "Vilyarreal" ilə "Makkabi" (Təl-Əviv) üz-üzə gəlib.

Görüşün startı leysan yağışı üzündən 45 dəqiqəyədək ləngiyib. Oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

İlk 2 qolu 4-cü və 52-ci dəqiqələrdə Karlos Bakka vurub. 71-ci dəqiqədə Aleks Baena, 81-ci dəqiqədə isə Fernando Ninyo fərqlənib.

Bu nəticədən sonra xalını 9-a çatdıran "Vilyarreal" I qrupunda vahid liderə çevrilib. "Makkabi" 6 xalla 2-ci, "Sivasspor" 3 xalla 3-cü yerdə qərarlaşıb. Xalı olmayan "Qarabağ" isə sonuncudur.

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 18:50 Çək və bizə göndər!
15 Dekabr 08:30 Zamiq oynadı, uddular
15 Dekabr 02:30 Ay Can, ay Can...
15 Dekabr 00:10 PSJ qazandı - VİDEO