"Bu səbəbdən çox həyəcanlıyıq və uğur qazanmaq istəyirik"

9 Oktyabr 2020 22:10 Avropa Liqası 579
"Bu səbəbdən çox həyəcanlıyıq və uğur qazanmaq istəyirik"

"Sivasspor"un futbolçusu Aruna Kone Avropa Liqasının qrup mərhələsindəki rəqibləri - "Vilyarreal", "Qarabağ" və "Makkabi" haqda danışıb.

Sportinfo.az "Ajansspor"a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu bütün rəqiblərin rəqabət aparacaq komandalar olduğunu deyib:

"Bizim üçün çətin qrup olacaq. Növbəti mərhələyə vəsiqə qazanacağımıza inanıram Çox yaxşı hazırlaşırıq. Son həftəyə qədər bütün komandalar qabaqlamaq üçün əlimizdən gələni edəcəyik.

"Vilyarreal" qrupda favoritdir. Hər matç üçün böyük istəklə meydanda olacağıq. Komandamız ilk dəfə Avropa Liqasında mübarizə aparır.

Bu səbəbdən çox həyəcanlıyıq və uğur qazanmaq istəyirik. Rəqibin kim olacağı fərq etmir, maksimum xallar toplamağa çalışacağıq".

"Qarabağ"ın "Sivasspor"la ilk oyununu noyabrın 5-də səfərdə, cavab matçını isə noyabrın 26-da Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!