COP29

"Vulverhempton" Renata ehtiyac görmədi - VİDEO

21 Fevral 2020 19:08 Avropa Liqası 878
"Vulverhempton" Renata ehtiyac görmədi - VİDEO

Avropa Liqasının 1/16 final mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton” evdə “Espanyol”u darmadağın edib - 4:0.

Renat bu görüşdə çıxış etməyib. Onun bu oyunda debüt etməsi gözlənilsə də, adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Dadaşov hələlik ingilis klubunun U-23 komandasında çıxış edir.

"Vulverhempton" (İngiltərə) - "Espanyol" (İspaniya) 4:0

Qollar: Dioqu, Yota, 15, 67, 81, Ruben Neveş, 52.

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!