Avroliqanın Bakı finalından 680 milyon manat qazanc götürülüb

29 Yanvar 2020 09:00 Avropa Liqası 886
Avroliqanın Bakı finalından 680 milyon manat qazanc götürülüb

2019-cu il mayın 20-da Bakı Olimpiya Stadionunda keçirilmiş Avropa Liqasının final matçı ilə əlaqədar Azərbaycana birbaşa 175 milyon manat nağd vəsait daxil olub.

Sportinfo.az-ın AFFA-nın 2019-cu il hesabatına istinadən verdiyi məlumata görə, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamaları əsasında müəyyənləşib.

Bildirilir ki, "Çelsi" və "Arsenal" arasındakı görüşün (4:1) təşkilindən 680 milyon manat iqtisadi qazanc götürülüb.

Görüşün keçirilməsi üçün isə vergilər də daxil olmaqla 13 milyon 333 min 491 manat xərclənib. Bu məbləğ Azərbaycan Respublikasının dövlət büdcəsindən Maliyyə Nazirliyinin ayırdığı vəsait və AFFA-dan ayırmalar hesabına formalaşıb.

Maliyyə Nazirliyindən 11 milyon manat, AFFA-dan 2 milyon 333 min 491 manat ayrılaraq layihənin büdcəsinin formalaşmasına yönəldilib.

Digər Xəbərlər
Xəbər Lenti