"Qarabağ" üzərində bu cür qələbəyə görə çox sevinirik"

9 Noyabr 2019 00:42 Avropa Liqası 543
"Qarabağ" üzərində  bu cür qələbəyə görə çox sevinirik"

"Artıq həftəsonu keçiriləcək çempionat matçını düşünməliyik. Addım-addım irəliləmək istəyirik". Sportinfo.az xəbər verir ki, bu sözlər APOEL-in qapıçısı Vid Beleçə məxsusdu.

Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"ı qəbul edən Kipr təmsilçisi əzmkar qələbə qazanaraq, xallarının sayını 4-ə çatdırıb

Yerli mətbuata açıqlamasında oyunu dəyərləndirən Sloveniya yığmasının qolkiperi artıq bütün diqqətlərini növbəti mərhələ matçına yönəldəcəklərini söyləyib:

"Bizim üçün çox vacib oyun idi. Bütün komanda çox yaxşı çıxış etdi. Bu cür qələbəyə görə çox sevinirik. İndi "Düdelanj"la görüşü səbirsizliklə gözləyirik. Lüksemburqa yalnız qələbə üçün yollanacağıq".

4 turdan sonra APOEL-lə "Qarabağ" eyni sayda xal toplasa da, Kipr təmsilçisi şəxsi oyunlardakı nəticəyə görə ikinci pillədə qərarlaşır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!