“Qarabağ” ab-hava ilə tanışdır, onlar üçün çətin olacaq” – “Bayer”in ulduzu

14 Mart 14:20 Avropa Liqası 536
“Qarabağ” ab-hava ilə tanışdır, onlar üçün çətin olacaq” – “Bayer”in ulduzu

“Qarabağ” yaxın keçmişdə Leverkuzendə olub və “BayArena”dakı ab-hava ilə tanışdır”.

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Bayer”in ən məşhur siması Qranit Caka Sportinfo.az-a açıqlamasında cavab oyunu ilə bağlı danışıb.

Martın 7-də komandalar arasında Bakıda baş tutan ilk dueldə təmsilçimiz ilk hissədə 2 top fərqi ilə önə keçsə də, qələbə hesabını qoruya bilməmişdi – 2:2.

İlk matçdakı nəticə müəyyən mənada ümidverici olsa da, Almaniya nəhənginin doğma meydanda keçilməz olduğunu hər kəs bilir.

İsveçrəli hücumçu bu gün baş tutacaq oyunda etməli olduqlarından söz açıb:

“Möhtəşəm azarkeşlərə sahibik və cari mövsümdəki inamlı çıxışımızda onların böyük rolu var. “Qarabağ” üçün həqiqətən də çətin olacaq.

Bakıda istədiklərimizi tam həyata keçirə bilmədik. Bəlkə də nələrsə alınmadı.

Cavab görüşündə konsentrasiyanı qoruyub, ortaya keyfiyyət qoyaraq qələbə qazanmaq istəyirik. Azarkeşlərimizi sevindirəcəyimizə inanıram”.

Martın 14-də Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Bayer” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə gecə 12-də başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!