“Mən məsuliyyət və səhvləri üzərimə götürürəm“

13 Fevral 11:20 Avropa Liqası 768
“Mən məsuliyyət və səhvləri üzərimə götürürəm“

“Deməyə çox şey yoxdur, nəticə hədsiz məyusedicidir.

Rəqib bizdən güclü idi. Ən yaxşı formamızdan uzaq idik".

Sportinfo.az xəbər verir ki, bu sözləri Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqib olan "Braqa"nın baş məşqçisi Artur Jorje Portuqaliya çempionatının 21-ci turunda lider "Sportinq"lə oyun haqda deyib.

0:5 hesablı məğlubiyyəti şərh edən 52 yaşlı mütəxəssis "Qarabağ"la qarşıdan gələn matç haqda danışıb:

"Biz başımızı qaldırmalıyıq. İrəliyə baxmalıyıq. Səhvlərimizi anlamalıyıq.

Təəssüflənmək üçün vaxtımız azdır. Cümə axşamı bizim vacib bir matçımız var.

Avropa səyahətimizə çətin oyunla davam edəcəyik. Bu da bizim üçün çox vacib oyun olacaq. İndi “Sportinq”lə görüşü unutmalıyıq".

O, məsuliyyəti üzərinə götürüb:

“Məsuliyyət və səhvləri üzərimə götürürəm. Təəssüflənmək vaxtı deyil.

Çünki Avropa Liqasında “Qarabağ”la vacib matçımız var. “Qarabağ”la matçımız çətin olacaq. Növbəti qarşılaşmaya köklənməliyik”.

"Braqa"nın növbəti oyunu "Qarabağ"a qarşı olacaq. Fevralın 15-də keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti