“Qarabağ”la "Olimpiakos" arasında fərq – UEFA açıqladı

13 Avqust 09:25 Avropa Liqası 2 001
“Qarabağ”la "Olimpiakos" arasında fərq – UEFA açıqladı

"Qarabağ" Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunlarından sonra ən intizamlı komandadır.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi Bakıda Finlandiya HİK-inə 2:1 hesabı ilə qalib gəldiyi matçda cəmi 4 dəfə qayda pozuntusuna yol verib.

Bu epizodların heç birində "köhlən atlar"ın futbolçularına sarı və ya qırmızı vərəqə göstərilməyib.

İlk matçlardan sonra ən intizamsız kollektiv isə Yunanıstan "Olimpiakos"udur.

Pirey təmsilçisi evdə Belçika "Genk"ini 1:0 hesabı ilə məğlub etdiyi görüşdə 14 qayda pozuntusuna yol verib və 3 dəfə sarı vərəqə ilə cəzalanıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Noyabr 21:40 Baş məşqçi ayrılığı
29 Noyabr 16:50 Çək və bizə göndər!
29 Noyabr 02:40 AFFA rəsmisi İsveçrədə
29 Noyabr 01:00 Millimiz Mərakeşə uduzdu