"Üzərimizdə davamlı təzyiqlər var və ən yaxşı olmasaydılar, klubda qala bilməzdilər”

26 May 2021 22:00 Avropa Liqası 1 255
"Üzərimizdə davamlı təzyiqlər var və ən yaxşı olmasaydılar, klubda qala bilməzdilər”

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer Avropa Liqasının finalında İspaniya “Vilyarreal”ına qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Sportinf.az xəbər verir ki, UEFA-nın saytına danışan norveçli mütəxəssis kuboku qazanmağın onlar üçün vacib olduğunu deyib:

“Mançester Yunayted”in Avropa turnirlərində beş kuboku var. Komanda Çempionlar Liqasının finalında iki dəfə “Barselona”ya uduzub. Avropa Liqasının finalı bizim üçün vacibdir. Bu, gələcəyə atılmış böyük addım ola bilər.

Son bir neçə ildə komandanı yenidən qurduq və ümid edirəm ki, titul qazanaraq böyük bir tarixin başlanğıcını qoyarıq. Futbolçular “Mançester Yunayted”ə qələbə qazanmaq üçün gəlirlər.

“Mançester Yunayted” dünyanın ən yaxşı klubudur. Üzərimizdə davamlı təzyiqlər var və futbolçular bunun öhdəsindən gəlməyə hazırdırlar. Futbolçular ən yaxşı olmasaydılar, klubda qala bilməzdilər”.

Polşanın Qdansk şəhərində bu gün keçiriləcək “Vilyarreal” – “Mançester Yunayted” matçı saat 23:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti